30 Mayıs 2012 Çarşamba

Çin ustalarının taxta əsərləri

Taxtadan yonulmuş tablolar Çində əsil sənət əsərləri sayılır. Bu dekorativ sənətin kökləri qədim zamanlardadır - eramızın 6-7-ci əsrlərindən başlayaraq, Çin ustalarının gözəl əl işləri imperator saraylarında, əcnəbi səyahətçilərin malikanələrində, sonradan isə ən məşhur muzeylərdə özünə yer almışdır.


28 Mayıs 2012 Pazartesi

28 may - Respublika günüdür

Azərbaycan Respublikasının Dövlət himninin mətni

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

(buradan dinləyin)


Футбол, футбол, да здравствует футбол!


Сима Эннаги. Субботние заметки

 
26 мая 1928 года  на заседании ФИФА было принято решение проводить раз в четыре года чемпионаты мира по футболу.

25 Mayıs 2012 Cuma

Xatirə Nurgüldən iki şeir


TƏSƏLLİ                      

Sözlər darıxmamaq üçündür
səslər darıxmamaq üçün
Filmlər
fikirlər
şəkillər
daha nələr
daha kimlər
hər şey darıxmamaq üçündür
hər kəs darıxmamaq üçün

Hərdən də sonuncu ağacı kəsər adam
sonuncu pəncərəni qırar
dənizləri qurudub
gəmiləri qaytarar darıxmaqdan

Hərdən də daşa dönər adam;
darıxdığından götürüb
daş üstünə adını yazar
bir yolçu
« İ M Z A S I Z »
Heç kim olmamaq da darıxmaq qədər acı.

ŞƏHƏR...PAYIZ...VƏ YOXLUQ

Unutmağa başlamışam
sükut - sən yoxsan gerçəyini
çırpandan bəri üzümə

...səhər pərdələr yellənir küləyə
pəncərələr açılır
küləyə
şəhərə
şəhərdə payızdı -
yəni ayrılıqlar zamanı
payızdı və sən yoxsan

Hər gün iki dəfə baxıram aynaya
özümə gülmək və
otağımı kənardan görmək üçün
Dodaq boyasıyla
adını yazıram güzgünün səthinə
üstündən silirəm dönə-dönə
Yenə... yenə də
sən yoxsan

Şəhər - unutmaq məkanı
əyri binalar qurumuş ağaclar
hamını
hər şeyi çıxarır yaddan
Elə mən də bayaqdan
xatırlamağa çalışıram
kim idi kim idi yox olan...

20 Mayıs 2012 Pazar

21 may - dialoq günüdür

2003-cü ilin may ayının 21-də ilk dəfə qeyd olunan Ümumdünya dialoq günü - mədəni müxtəliflik və inkişaf naminə dialoqa çağırdı. Dialoq günü hər kəsi mədəniyyətlərarası ünsiyyətə çağırır ki, ayrı-ayrı mədəniyyətlər ümumi sərvətə çevrilsin. Yalnız bu halda faciəvi münaqişələrə son qoymaq və sabit inkişafı əldə etmək mümkündür.


 

19 Mayıs 2012 Cumartesi

Галстук, звездочка, костер


Сима Эннаги. Субботние заметки

19 мая 1922 года  родилась пионерская  организация СССР.  До распада Страны Советов День Пионерии отмечался повсеместно – барабанной дробью, маршем детей в красных шелковых галстуках под торжественные звуки пионерского горна.

Şel Silverşteyn. Unudulmuş dil

Tərcümə: Roman Məmmədov



Bir vaxt vardı danışardım çiçəklərin 
dilində,
anlayardım kəlmə-kəlmə dediyini tırtılın
Xısın-xısın gülümsərdim, bir vaxt vardı,
qəfildən        
eşidəndə qeybətini ürkək sığırçınların
Bir vaxt vardı..
baş qoyunca yastığıma,
hər gecə        
bölüşərdim sevincimi, nisgilimi milçəklə...
Toplaşaraq yatağımın dörd yanına,
ah necə
sevinərdi hər suala cavab alan 
sisəylər!..
Bir vaxt vardı..     
qar yağardı... 
           
naçar dənəciklərin                  
hər ölümə enişində mən də haray 
çəkərdim!..
Bir vaxt vardı danışardım dilində çiçəklərin..
Necə oldu unutdum bəs?!
Necə oldu?!..
bilmədim!

16 Mayıs 2012 Çarşamba

Erte (1892-1990) - XX əsr səhnə rəssamı



Əslən rus olsa da, Rusiyanı unutmuş, ömrü boyu Parisdə yaşamışdır. Paris və London teatrları, Hollivud filmləri üçün dekorasiyalar və geyimlər işləyib hazırlamışdır.








Toy rəqsi

Əlifba. L

4 rəqəmi

Əlifba. E

Ağ və qara

Gül çətir

Bahar

15 Mayıs 2012 Salı

Çağdaş poeziyamız. Qadın yazarlar





Nuranə Nur
Yaraşmadı duyğularıma bu bahar,                     
günlər də uzanır

bir birinə bənzəyən hekayələr kimi...
Maşına minən kimi

keçib pəncərə tərəfdə 
otururam baharı daha yaxşı görüm deyə…
Hər şeyin içindən çıxan
heç neyə görə
içimə atdığım yumruqların ağrısı
bir qədər azalsın deyə...
Aman ürək,
bu nə həzin layladı?
üşüdüyüm gecələrdə üstümə örtdüyüm
səssizliyin dibindən gəlir.
Bəlkə də sonunu bildiyim üçün
Dinləyə bilməyəcəm sonuna qədər
amma həmişə biləcəm
yarım qaldığını…


12 Mayıs 2012 Cumartesi

Pink Floyd. Divar (Another Brick In The Wall) - part 2



We don't need no eduction
We don"t need no thought control
No dark sarcasm in the classroom
Teacher leave them kids alone
Hey! Teacher! Leave them kids alone!
All in all it's just another brick in the wall
All in all you're just another brick in the wall


We don't need no eduction
We don"t need no thought control
No dark sarcasm in the classroom
Teacher leave them kids alone
Hey! Teacher! Leave them kids alone!
All in all it's just another brick in the wall
All in all you're just another brick in the wall


Mahnı mətninin tərcüməsi:

Təhsil bizə lazım deyil,
Ehtiyac yox nəzarətə.
Rişxəndlərə son qoy sinifdə
Müəllim, bizi rahat burax!
Ey, müəllim, bizi incitmə!
Biz sənincün divar kərpiciyik sanki,
Sən özün də divar kərpici kimisən...

Təhsil bizə lazım deyil,
Ehtiyac yox nəzarətə.
Rişxəndlərə son qoy sinifdə
Müəllim, bizi rahat burax!
Ey, müəllim, bizi incitmə!
Biz sənincün divar kərpiciyik sanki,
Sən özün də divar kərpici kimisən...

Çevirdi: Sima

«Праздник нужно всегда носить с собой»


Сима Эннаги. Субботние заметки

12 мая 1950 года Эрнест Хемингуэй в журнале  «The New Yorker»  подвел итоги своих литературных боев: «Я начал очень спокойно и любил Тургенева. Упорно тренируясь, я сумел победить Мопассана. Дважды я бился вничью  со Стендалем, и, думаю, в последний раз был лучше его. Но никто не заставит меня выйти на ринг с Толстым, если я только не сойду с ума».

10 Mayıs 2012 Perşembe

Ədəbi irsimizdən. Borsunlu Məzahir Daşqın. S U S M A R A M


Məzahir Daşqın.png

Mən bir qulam,əzilmişəm yük altında ,qardaşım,
Sevinc bilməz bir məhkumam ,ahu-zardır sirdaşım.
Çiynimdəki kəcavədə gəzir böyük hökmdar,
Əcdadımın qanındadır,taxtındakı boyalar.
**************************​**********************
İnanmasan,get görməyə,vicdan əzən zindanı,
Oxuyarsan daşlarında min bir qəmli dastanı.
Sual versən o daşlara,danişarlar babandan,
Onu necə yükləmişlər heyvanlar tək bir zaman.
**************************​**********************
Çiyinləri qabar atmış,üzgün düşmüş ən sonu,
Ağır yüklər əzabından,üsyan edərkən onu.
Gündə vurub ,zəncirləyib,tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər mənzil olmuşdur ona,
**************************​**********************
Mənə "dinmə, sus- "deyirsən,nə vaxtacan susacam?
Böhranların ,hicranların fərmanında qalacam,
Necə susum,danışmayım insanlıqda payım var.
Mənim Ana Vətənimdir talan olan bu diyar,
**************************​**************************
Necə susum danişmayım ,namus belə söyləyir,
Sifarişlər qəbul edib, " yaşayınca öl " deyir.
Necə susum ,danişmayım, Turk yurdudur bu torpaq,
Oğuzların ,elxanların vətənində kimdir,bax ???!!!
**************************​**************************
Susmayacam,qoy assınlar yük altında ölüncə,
Təhqirlərə hədəf olub ,düşmən mənə gülüncə.
Qoy O cəllad parçalansın,yasaqlıqdan sən əl çək,
Mərd tanısın tarix səni,soruşarkən gələcək.
**************************​*************************
Süd verərkən dərdli anam,belə deyirdi mənə,
Səni qurban bəsləyirəm,turk yurduna,vətənə.
Bu dünyanın şöhrətindən,azadlığı üstün tut ,
Yaltaqlığı,arsızlığı alçaqlıq bil,sen unut .
**************************​**********************
Sənin sevgin vətən olsun,millət olsun,mən olum,
Südüm sənə haram olsun,xəyanət etsən,oğlum.
İndi necə dillənməyim,eyləyimmi xəyanət?
Hani Vətən,hani namus ,bir söylə,hani millət?
**************************​************************
Mən bir qulam,yerim altun,suyum gümüş,özüm ac ,
Atam məhkum,Anam sayıl,elim çörəyə möhtac
Dil yaranıb danışmağa,mən danışa bilmirəm,
Yar sinəmi,aç qəlbimi,ciyər vərəmdir,vərəm !
**************************​*************************
Koramal tək sürünməkdən,söylə varmı bir məna,
Nəvaxtacan çörək üçün girim hər alçaq dona!
Mən insanam ,qəlbim vardır ,kəskin zəkam ,əqlim var.
Bəs deyilmi çiynimizi yagır etdi bu yadlar!
Nə qədər ki,hakimlik var ,məhkumluq var,mən varam
Zülmə qarşı Usyankaram,Əzilsəmdə, SUSMARAM !!!
**************************​**************************​*****
Borsunlu Məzahir Daşqın. 1942-ci il


http://www.azadliq.org

8 Mayıs 2012 Salı

Heminqueyin aforizmlərindən



* Kitabdan sədaqətli dost yoxdur.
* Yazıçının ən yaxşı tərbiyəsi  - onun bədbəxt uşaqlığıdır.
* Yaxşı nəsr əksər hissəsi su altinda qalan aysberq kimidir.
* Yazıçıya nə mane olur?  Spirtli içki, qadınlar, pul və şöhrətpərəstlik. Həmçinin, spirtli içkinin, qadınların, pulun və şöhrətpərəstliyin əskikliyi.
* Bütün yaxşı kitablar bir-birinə oxşayır, çünki onlar həyatdan doğrudur.
* Yaxşı kitabı oxuyub qurtaranda, sənə elə gəlir ki, yazılanlar sənin həyatındandır və olanlar həmişə səninlə qalacaq – yaxşı da, pis də, sevinc də, kədər də, təəssüflər də, insanlar da, olduğun yerlər də, hətta o vaxtkı hava da.
* İnsan haqqında sadə doğru  nəsri yazmaqdan çətin iş yoxdu.
* Nəsr – memarlıqdır, dekorasiya sənəti deyil.
* Söz - əsrlərdə qalan yeganəlikdir.
* Yazışı nə demək istədiyini deməkdənsə, onu yazmalıdır.
* Yaxşı kitab yalnız sevgi, müharibə və ölüm haqqında ola bilər.
* Qəzetə köşə yazmaq –  ölümsüzlüyün  əvəzedicisidir.
* Daim iş haqqında düşünsən, masa arxasına əyləşənə qədər işə marağın itər. Fiziki işlə məşğul olmaq lazmdır ki, bədən yorulsun, bunun ən yaxşı üsulu  sevdiyin qadınla sevişməkdir.

6 Mayıs 2012 Pazar

Цитата дня

В копилку мудрости:


прежде чем осуждать кого-то. возьми его обувь и пройди его путь, 
попробуй его слезы, почувствуй его боль, наткнись на каждый камень, 
о который он споткнулся и только после этого говори , 
что ты знаешь 
как жить.



5 Mayıs 2012 Cumartesi

Çağdaş poeziyamızdan nümunələr



SALAM SARVAN 
 ***
Dksinərsən qanından
analiz verdiyin yerdəcə.

Diksinərsən bir damcı
qanının yayıldığı şüşə parçası
tibb bacısının əlindən
yerə düşüb sınanda.

Diksinərsən
sınmış şüşə qırıntıları
və sındırılmış kişi qırıntıları
tapılanda qanında.

Sonra tapançandan
atəş açarsan iki dəfə:
birini havaya - xəbərdarlıq atəşi,
birini gicgahına.



AQŞİN YENİSEY
 Günel üçün
Bir zəlzələlik canı var şəhərlərin
Bir sevgilik ömrü var şairlərin
Bir nəfərlik unudulmaq qorxusu var qadınların.
Şəhər zəlzələdən,
Şairlər sevgidən,
Qadınlar unudulmaqdan qorxar.
Zəlzələdən sonra şəhərdən nə qalirsa,
divar odur.
Sevgidən sonra şairdən nə qalırsa,
söz odur.
Unudulandan sonra qadından nə qalırsa,
Sən osan.

ETNO (Şəki, 2011)

Şəkinin enişli-yoxuşlu küçələrini gəzməkdən doymadım. Bakının səs-küylü, tozlu-torpaqlı, havada uçan neylon zibil torbalı küçələrindən sonra Şəkinin səfalı havasından uda-uda tər-təmiz küçələrini gəzmək adama ləzzət edir. Bu dəfə çəkdiyim şəkilləri ETNO silsiləsinə aid etdim. Həqiqətən, tanımadığım sənətkarların əl işlərinə baxanda, ruhum dincəlir. Hələ təndirdə bişən çörək... Xeyli durub baxmışam təndirdəki çörəklərə...

Əvvəlcə Karvansaraydan bir neçə şəkil:
Müasirlik və qədimlik: texnologiya və əl işi (dulusçuluq, misgərlik)
Dekorativ sənət
Ətirli təndir çörəkləri

Их должны видеть, их должны знать

Сима Эннаги. Субботние заметки
5 мая отмечается Международный день борьбы за права инвалидов. В идеале ни один член общества – будь он здоров, или ограничен в физических возможностях, - не должен оставаться вне общественной жизни.

3 Mayıs 2012 Perşembe

3 may - Ümumdünya mətbuat azadlığı günüdür

2012-ci ildə Ümumdünya mətbuat azadlığı gününün şüarı: "Yeni səslər: kütləvi informasiya vasitələrinin azadlığı cəmiyyəti dəyişməyə kömək edir".
İnsan haqlarının umümi deklarasiyasının 19-cu maddəsində deyilir: "Hər kəsin fikir azadlığı və həmin fikri azad ifadə etmək hüququ var. Bu hüquqa öz fikirlərinin müdafiəsində maneəsiz azad olmaq, informasiyanı və ideyaları istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmadan axtarmaq, əldə etmək, yaymaq daxildir".

3 may - Günəş günüdür

Günəş... Kosmik enerji mənbəyi. Yerə ən yaxın ulduz. Günəşsiz Yer kürəsində həyat olmazdı. Bütün təbiət,eləcə də insanın özü Günəşə bağlıdır, Günəşlə bağlıdır. 1994-cü ildən etibarən, bütün dünyada Günəş günü qeyd edilir.Günəş bizə istilik verir, işıq verir, həyat verir. İstilik mənbəyi kimi o, bizə ehtiras, mərdlik və əbədi gənclik bəxş edir; işıq mənbəyi kimi Günəş bilik və müdrikliyi tərənnüm edir. Əksər dünya mədəniyyətlərində Günəş yaradıcı enerjinin əsas rəmzidir.

Madlen Olbrayt kitab haqqında

Sunday Book Review 25 aprel, 2012
- İndi masanızın üstündə neçə kitab var?
- Üç kitab. Robert Massinin “Görkəmli Katerinası”, Linn Olsonun “London vətəndaşları: acı və şən saatlarda Britaniyaya dəstək vermiş amerikalıları”, Uolter Ayzeksonun “Stiv Cobs” kitabı.
 - Nə zaman və harda kitab oxumağı sevirsiz? - Bazar günləri evdə, bir də təyyarələrdə, qatarlarda.
 - Hansı kitab Sizə daha güclü təsir etmişdir? - Güclü təsir? Darıxdırıcı olacam, amma risq edib deyərdim ki, “Hərb və sülh” – elektron kitab şəklində.