5 Mart 2013 Salı

Qısa hekayələr


Çevirdi: Sima Ənnağı


Ceyn Orvis. Pəncərə
Rita vəhşicəsinə qətlə yetiriləndən sonra Karter pəncərə önündə gününü keçirir.
O, nə televizora baxır, nə kitab oxuyur, nə məktub yazır. Onun həyatı – pəncərə pərdəsi arasından görünən həyatdır.
Kim yemək gətirir, kim qəbzləri ödəyir, Karterin vecinə deyil. O, otağından cıxmır.
Onun həyatı – küçədə qaçan idmançılardır, fəsillərin dəyişməsidir, şütüyən avtomobillərdir, Ritanın kabusudur.
Karter anlamır ki, divarlarına keçə vurulmuş palatada pəncərə yoxdu...
 ***
Larisa Kerklend. Təklif.
Ulduzlu gecə. Ən münasib vaxt. Şam işığında axşam yeməyi. Rahat italyan restoranı. Balaca qara paltar. Gur saçlar, parlaq gözlər, gümüşü gülüş. Onlar iki ildir ki, münasibətdədirlər. Gözəl vaxtdır! Əsil sevgi, yaxşı dost, daha nə lazımdır ki... Şampan verin! Mən ürəyimi və sevgimi təklif edirəm. Dizüstə çokürəm. Adamlar baxır? Cəhənnəmə! Gözəl brilyant üzük. Al yanaqlar. Mülayim təbəssüm.
Necə, yox??